Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Böyük xeyriyyəçinin heykəli hazırdır - VİDEO

27.05.2020 19:54

Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır. Xalq rəssamı , heykəltəraş Xanlar Əhmədovun hazırladığı heykəl tuncdan tökülüb və yaxın müddətdə İçərişəhər metrostansiyasının qarşısında qoyulacaq. Uzunuluğu 2,5 metr olan heykəlin çəkisi 1 ton 200 kiloqramdır. Abidənin hər bir detalı xüsusi məna kəsb edir.


Əzəmətli görünüşü, həm sadəliyi, həm də bəylərə layiq duruşu ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev heykəli. Bir neçə müddətdir xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov tərəfindən hazırlanan heykəl, artıq tuncdan tökülüb.


Heykəlin üzərindəki hər bir detalın öz mənası var. Heykəldəki orden və medallar da o zaman xeyriyyəçiyə verilən medallarların eynisidir. Barmağındakı üzüyün də özünəmxsus mənası var.
 
2,5 metr hündürlükdə olan bu heykəl ''İçərişəhər'' metro stansiyasının qarşısında qoyulacaq. Əsərin müəllifi Xanlar Əhmədov bildirir ki, ərazidə tikinti işlərinə başlanılarsa 1 ay sonra heykəli tam formada təhvil vermək mümkün olacaq.

© xezerxeber.az

FOTOQALERIYA






291 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR