Bakı polisi maska taxmayanlara qarşı reyd keçirir - VİDEO

26.05.2020 20:39

Bakıda Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları maska taxmayan şəxslərə qarşı reyd keçirib. Reyd zamanı belə şəxslər avtobuslardan düşürülüb. Onların temperaturu ölçülüb və maska paylanıb.

Maskasız sərnişinlər avtobusdan düşürüldü. Dayanacaqlardakı sərnişinlərə isə maskalar paylandı.

Kafe və restoran sahibləri ilə profilaktik söhbətlər aparılaraq sosial məsafəyə əməl etmələri tapşırıldı

Görüntülər Nərimanov rayon polis idarəsinin əməkdaşlarının ictimai yerlərdə maska taxmayan şəxslərə qarşı keçirdikləri reyddəndir. İlk olaraq avtobuslarda maska taxmayan sərnişinlərə xəbərdarlıq edildi. Daha sonra isə onlar avtobusdan düşürülərək temperaturları ölçüldü və maska ilə təmin edildilər.

Daha sonra isə dayanacaqda sosial məsafə prinsipini pozan, maska taxmayan şəxslərlə söhbətlər aparıldı.

Ardınca isə kafe və restoranlarda koronovirusun profilaktikasına dair göstərişlərə əməl edilib-edilməməsi yoxlanıldı.

Bu arada Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi karantin rejimi qaydalarına riayət etməyən sərnişinlər arasında maarifləndirmə aksiyası keçirib. tədbir çərçivəsində "koroğlu" nəqliyyat mübadilə mərkəzində polis əməkdaşları və nəqliyyat könüllüləri tibbi maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb.

© xezerxeber.az

FOTOQALERIYA






283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR