Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bölgələrdə gündəlik kirayə evlər ucuzlaşdı - VİDEO

26.05.2020 20:13

Bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq bölgələrə istirahətə gedənlər xeyli azalıb. Bu da öz növbəsində turizm bölgələrində gündəlik kirayə evlərinə tələbatı azaldıb. Qiymətlər 30-50 faizədək düşsə də, bu sahə ilə məşğul olanlar hələ də müştəri tapa biilmirlər...

Rayonlarda hər il bu mövsümdə doluluq faizi ən yüksək həddə çatan gündəlik kirayə ev bazarı bu il tənəzzül yaşayır... Koronavirusa görə paytaxtdan rayonlara gedənlərin sayının azalması bu vəziyyətin yaranmasına səbəb olub...

Təkcə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə hər il 60 mindən çox turist gəlirdisə, bu il bu rəqəm xeyli aşağı düşüb. Fərdi evini kirayə verən Nazim Məmmədovun sözlərinə görə, əvvəlki illərdə evləri bir ay əvvəl bron edirdilər. Ancaq bu il evinə müştəri tapa bilmir. Qiyməti aşağı salmaq da, problemin aradan qaldırılmasına kifayət etməyib..
 
Lənkəranda da vəziyyət İsmayıllıda olduğu kimidir. Kirayə işi ilə məşğul olanlar deyirlər ki, hər il may ayından almağa başladıqları sifarişlər bu il xeyli azalıb. Mövcud vəziyyət qiymətlərə də ciddi şəkildə təsir edib..

Lənkəranda gündəlik kirayə ev kimi əsasən dəniz sahilinə yaxın olanlara üstünlük verilir. Ona görə də bu sahə ilə məşğul olanlar çimərlik mövsümünə böyük ümid bağlayıblar...

© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR