Güclü külək regionlarda fəsadlar törədib - VİDEO

24.05.2020 20:37

İki gündür ki, davam edən güclü külək Tovuzda fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun əksər yerlərində ağaclar kökündən çıxaraq aşıb, iri budaqları sınıb.

Bakı-Qazax dəmiryolu xəttinin rayon ərazisindən keçən hissəsində, Tovuz stansiyasının qarşısında irigövdəli ağac aşaraq dəmir yolunu bir müddət bağlayıb. Əksər ərazilərdə naqillər sıradan çıxdığı üçün elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Tovuz şöbəsinin əməkdaşları yıxılan ağacları kəsərək ərazidən götürüb, naqilləri müvəqqəti bərkidiblər. Qatarların hərəkətində gecikmə yaranmayıb.

Güclü külək Goranboyda da fəsad törədib. Rayon ərazisində və bir neçə kənddə xeyli irigövdəli ağac aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Elektrik təsərrüfatına, kənd təsərrüfatı sahələrinə, tikililərə və bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR