Güclü külək Bakıda 15 ağacı kökündən çıxarıb - VİDEO

24.05.2020 20:08

Güclü külək Bakıda xeyli sayda ağacı aşırıb.

Xezerxeber.az-ın məlumatına görə, ağacların əksəriyyəti gecə saatlarında baş verən küləyin təsiri ilə aşıb.

Hadisə paytaxtın Yasamal, Nəsimi, Nizami və digər rayonlarında müşahidə edilib.

Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin müdiri Orxan Məmmədov deyib ki, təmsil etdiyi qurumun əməkdaşları dünəndən etibarən gücləndirilmiş iş rejiminə keçib. İndiyə qədər külək 15-dən çox ağacı aşırıb.

Külək magistral yollarda olan sürücülər üçün də problemlər yaradıb.Dünən Bakı-Qazax magistralı ilə şəhərə gələn və şəhərdən çıxan sürücülər toz qatı ilə qarşılaşıb. Küləyin təsirindən Bakı-Qazax magistralında TIR aşıb.

Dənizdə dalğanın hündürlüyü 6.6 metrə qədər yüksəlib.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR