Azərbaycanda jurnalist və anası koronavirusa yoluxdu - VİDEO

23.05.2020 18:39

Azərbaycanda idman sahəsində fəaliyyət göstərən jurnalist və anası koronavirusa yoluxub. Hazırda hər iki şəxs xəstəxanada müalicə alırlar. Jurnalist Anar Cəfərsoyun vəziyyəti yaxşı olsada, anasının vəziyyəti ağırdır.

Azərbaycanda jurnalist və anası koronavirusa yoluxub.

''XəzərXəbər''ə danışan idman jurnalisti Anar Cəfərsoyun sözlərinə görə, əvvəlcə anası 70 yaşlı Zöhrə Cəfərovada koronavirusun əlamətləri müşahidə olunub.Bundan sonra o,test götürülməsi üçün təcili tibbi yardım xidmətinə müraciət edib.Götürülən testin nəticəsi pozitiv çıxdığından Zöhrə Cəfərova müalicə olunması üçün xəstəxanaya yerləşdirilib.

Anar Cəvərsoy deyir ki, anasında koronavirusun əlamətləri aşkar edilərkən ev şəraitində bir müddət onun qulluğunda durub.Bir neçə gün keçdikdən sonra isə jurnalistin özündə də koronavirus infeksiyasının əlamətləri biruzə verməyə başlayıb.

Hazırda Tibb Universitetinin Tədris-Terapevtik kilinikasında müalicə alan Anar Cəfərsoyun vəziyyəti yaxşıdır.O,koronavirus təhlükəsini heçə sayıb,deyilən qayda və tövsiyələrə əməl etməyən şəxslərə müraciət edib.

Qeyd edək ki,Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ''XəzərXəbər''ə bildirildi ki,artıq ölkədə bir neçə jurnalist koronavirus infeksiyasına yoluxub.

© xezerxeber.az


348 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR