Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı - VİDEO

23.05.2020 11:40

Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

Bu barədə "Komsomolskaya pravda” mənbəsinə istinadla xəbər yayıb.

Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martanrayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.

Çeçenistanda respublika başçısının yoluxma xəbəri təkzib olunub.

© xezerxeber.az

FOTOQALERIYA






196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR