"Airbus A320"un qəza yerində sağ uşaq tapıldı - ÜRƏKDAĞLAYAN VİDEO

23.05.2020 09:35

Pakistanın "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdə sağ uşaq tapılıb.

"Rossiya 24" xəbər veri ki, uşağın ailəsinin təyyarənin düşdüyü yerdə dağılan evlərin birində yaşadığı ehtimal edilir.

Hələlik valideynlərin kimiliyi məlum deyil.

Bildirək ki, Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Kəraçi şəhəri yaxınlığında binalara çarpılıb.

Enişdən əvvəl pilot mühərrikdəki problemlər barədə dispeçerə məlumat verib.

Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməyib.

Kadrlarda körpənin dağıntılar altından necə çıxarıldığını göstərilir:

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR