Pakistanda təyyarə qəzasında ölənlərin sayı 97-yə çatdı - VİDEO

23.05.2020 09:22

"Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Qəza nəticəsində azı 2 nəfər sağ qalıb.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

***

Pakistanın Kəraçi hava limanı yaxınlığında A-320 təyyarəsinin qəzaya düşməsi nəticəsində minimum 90 nəfər dünyasını dəyişib.

Bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan məlumat verib. O bildirib ki, təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində 5 ev dağılıb və bir neçə avtomobil yararsız hala düşüb.

Pakistanıb Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, göyərtədə 91 sərnişin, 7 ekipaj üzvü olub.

Sind əyalət hökumətinin məlumatına görə, qəza zamanı 2 nəfər sağ qalıb.

Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən A-320 texniki nasazlıq səbəbindən düşüb. Baş Nazir İmran Xan qəza ilə bağlı tədqiqatların başladıldığını elan edib.

Bildirək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR