Polietilen torbalardan istifadəni qadağan edən sənəd hazırdır - VİDEO

21.05.2020 20:27

"Karantin dövründə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidə və monitorinqlər həyata keçirilir. Bu günlərdə Xəzər dənizinin çimərlik zonalarının suyunun keyfiyyətinin xeyli yaxşılaşdığı da müəyyən edilib.

Nazir Muxtar Babayev Azərbaycanda plastik polietilen torbalardan istifadənin qadağan edilməsi ilə bağlı sənədin hazırlandığını da açıqlayıb. Bildirib ki, sözügedən sənəd dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək.

Nazir pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsindən də danışaraq bildirib ki, bu, virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR