Koronavirus havalandırma cihazları vasitəsilə yayıla bilər - VİDEO

21.05.2020 14:26

Hava ventilyasiyasını təmin edən bütün vasitələr koronavirus yaya bilər.

"HaberGlobal” məlumat verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsindən bildirilib.

Komitənin üzvü, professor Levent Yamanel deyib ki, ticarət mərkəzlərinin girişlərində quraşdırılan kondisionerlər də virus yaya bilər.

İstanbul Vilayət Ümumi Gigiyena Şurası ticarət mərkəzlərinin giriş qapılarında havalandırma pərlərinin işləməsini qadağan edib. Lakin onların fəaliyyətinin dayandırılmadığıyerlərdə təhlükə davam edir.

Professor virusun milçək və ya digər həşəratlar vasitəsilə yoluxa biləcəyi barədə hər hansı məlumatın olmadığını bildirib:

"Belə bir ehtimalın olacağını düşünmürəm, amma hər halda diqqətli olmaq lazımdır”.

© xezerxeber.az

FOTOQALERIYA






93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR