Koronavirusu əlləri ilə müalicə etdiyini deyən keşiş infeksiyadan öldü - VİDEO

21.05.2020 12:33

Koronavirusu müalicə etdiyini bildirən keşiş özü virusa yoluxduqdan bir həftə sonra ölüb.

"Daily Mail”in məlumatına görə, hadisə Kamerunun Duala şəhərində baş verib.

Belə ki, Franklin Ndifor koronavirusa yoluxanları əlləri ilə təmasla müalicə etməyə çalışıb. Nəticədə, Ndiforun özü infeksiyaya yoluxub. Bir həftə sonra isə o, nəfəs almada ciddi problemlər yaşamağa başlayıb. Bundan sonra həkim çağırılıb. Tibbi müdaxiləyə baxmayaraq, 10 dəqiqə sonra keşiş ölüb.

Səhiyyə Nazirliyinin nümayəndələri keşişlə əlaqədə olan bütün insanların testdən keçməsi barədə çağırış ediblər.

Qeyd edək ki, Kamerunda 3 733 yoluxma halı qeydə alınıb. Onlardan 146-sı ölümlə nəticələnib./oxu.az


© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR