Özünüməşğulluq proqramının iştirakçılarına mal və materiallar göndərilib - VİDEO

08.04.2020 19:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Banklarla əməkdaşlıq çərçivəsində ümumilikdə 100 nəfər biznes planlarını müdafiə edib. 100nəfər proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrəmal və materiallar verilməsinə start verilib.

Bir ailəyə komputer, çap avadanlıqları və dizayn işi üçün lazim olan digər zəruri avadanlıqlar verilib.

Başqa bir ailəyə isə gözəllik salonunda istifadə edilən bütün avadanlıqlar göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq bu gün özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Bakı şəhərində 3 ailəyə seçdikləri fəaliyyət sahəsi üzrəmal və materiallar təqdim edilib.

Dövlət Məşğulluq xidmətinin şöbə müdirinin müavini Fərid Həsənov deyir ki, banklarla əməkdaşlıq çərçivəsində ümumilikdə 100 nəfər biznes planlarini müdafiə edib.

Ölkə ərazisində xüsusi karantin rejmi tətbiq edildiyindən həmin avadanlıqlar vətəndaşlar evdən çıxmadan onlara çatdırılıb.

Qeyd edək ki, təlimləri uğurla başa vuran 100 nəfərdən 67 nəfəri əlilliyi olan şəxs, 25 nəfəri məcburi köçkün, 8 nəfəri isə şəhid ailəsinin üzvüdür.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR