Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Balıq tutan ata və beş yaşlı oğlu boğularaq ölüb - VİDEO

08.04.2020 09:58

Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində boğulma hadisəsi baş verib.

Rrayonun Astanlı kənd sakini Nurlan Əsgərov beş yaşlı oğlu Aslan Əsgərovla birgə şəxsi avtomobili ilə balıq tutmağa gedib.

Hava qəfil soyuduğundan ata oğlunu avtomobilin salonuna oturdub. Bu vaxt nəzarətsiz qalan azyaşlı uşaq avtomobili işə salıb. Hərəkət edən avtomobil birbaşa kollektora düşüb. Ata oğlunu xilas etmək üçün özünü suya atıb.

Lakin ata və beş yaşlı övladı suda boğularaq ölüb. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əməliyyat qrupu ata və oğlunun meyitini taparaq sudan çıxarıblar. Hər iki meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Oxu.az

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR