ABŞ-da naməlum şəxs qadının üzərinə kimyəvi turşu töküb – VİDEO

08.04.2020 09:41

ABŞ-ın Bruklin şəhərinin (Nyu-York ştatı) sakini naməlum şəxsin hücumu nəticəsində ciddi xəsarətəməruz qalıb.

"LiveLeak” xəbər verir ki, 39 yaşlı qadın zibil atmaq üçün evdən çölə çıxdıqda naməlum şəxs onun üzərinə kimyəvi turşu töküb.

Nəticədə qadının bədəninin yuxarı hissəsi, üzü və əlləri ikinci dərəcəli yanıqlara məruz qalıb.

Hadisədən sonra qadın təcili olaraq xəstəxanaya qaldırılıb.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR