Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - VİDEO

07.04.2020 20:34

Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq. Maskanın qiyməti isə 2 gün ərzində açıqlanacaq.

"Sumqayıtda ötən gün fəaliyyətə başlamış maska istehsalı müəssisəsinin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək".

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.Onun sözlərinə görə iki həftə ərzində lazimi avadanliqlar və xammal alinib. Burada tibbi maska ilə yanasi, tibbi spirt və dezinfeksiya vasitələri də istehsal olunur.

"Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib ki,müəssisəsində artıq son quraşdırma işləri aparılır.Yerli maskalar bir həftədən sonra apteklərdə satışa çıxarılacaq.

Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq.Araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac var.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR