SON XƏBƏR: Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
SON XƏBƏR: Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və...
SON XƏBƏR: Azərbaycanda Vaksinasiya Strategiyası TƏSDİQ EDİLDİ
SON XƏBƏR: Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
Ermənistanın martın 31-də Dağlıq Qarabağda keçirdiyi qondarma seçkilərə beynəlxalq ictimaiyyətin cavabı da gecikmədi. Çoxsaylı beynəlxalq təşkilatlar və 120 ölkə ermənistanın qeyri-qanuni təşəbbüsünü tanımadıqlarını açıqlayıblar. Bu isə artıq beynəlxalq aləmin erməni yalanlarına inanmadığını bir daha ortaya qoyur.
Bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda Ermənistan dövlətinin şovinizm ruhu və özgə torpaqlarını ilhaq etmək düşüncələri fonunda Dağlıq Qarabağda qondarma seçkilər keçirildi.
Hər zaman olduğu kimi yenə də bütün dünya ictimaiyyəti bu dırnaqarası seçkiləri tanımadığını bəyan etdi. Ancaq bu dəfə Ermənistanın Azərbaycan torpaqlarında keçirdiyi qondarma seçkilərə beynəlxalq aləmdə reaksiya daha geniş həcmdə və birbaşa oldu.Bu isə onu göstərdi ki, artıq ölkələr nəinki erməni yalanlarına inanmağa davam edir, əksinə beynəlxalq ictimaiyyət artıq onların yalan iddialarına etimad göstərməkdən ümumiyyətlə imtina edib. Bu barədə Xəzər Xəbərə açıqlama verən Xarici İşlər nazirliyinin idarə rəisi Leyla Abdullayeva bunun Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyəti verdiyi dəstək olduğunu vurğulayıb.
Leyla Abdullayeva bildirir ki, Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" tanınmır və qeyri-qanuni hesab olunur. Nazirlik rəsmisinin sözlərinə görə Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər ərazilərdə seçkilər ancaq işğala son qoyulandan sonra mümkün ola bilər.
Koronavirusla mübarizə mühitində kütləvi tədbirlərin qadağan olunduğu bir vaxtda Ermənistan rəhbərliyinin keçirdiyi seçkilər onların Dağlıq Qarabağda yaşayan insanların həyatına nə qədər önəmsiz yanaşmasını, həm də onların sağlamlıqlarını təhlükə atdığının bariz nümunəsidir.
Nəticədə isə beynəlxalq təşkilatlar və ölkələr qondarma seçkilərə münasibətlərini açıqlamaqla əslində Ermənistana bu həqiqəti də başa saldılar ki, işğal və onun nəticələri müasir dövrdə heç bir halda qəbul edilmir. Buna görə də danışıqlar substantiv əsaslarla davam etdirilməli və məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
© xezerxeber.azAğdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır - VİDEO
Ermənistan ÇÖKÜR - Avro və dollar bahalaşır, inflyasiya dərinləşir
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB