8103 qısa nömrəsinə göndərilən SMS-lərin yarıdan çoxuna rədd cavabı verilib - SƏBƏB - VİDEO

06.04.2020 20:53

Azərbaycanda karantin dövründə vətəndaşların evdən çıxmaqla bağlı 8103 nömrəsinə göndərdiyi SMS-lərin yarıdan çoxunun məzmunu düzgün yazılmadığından onlara rədd cavabı verilib.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, SMS-lərə 1-2 dəqiqə ərzində cavab verilir. Müraciətlər isə kifayət qədər çoxdur.

Eyni zamanda, vətəndaşlara göndərilən təsdiq mesajlarının mətnində də bəzi dəyişilik edilib.

Elnur Niftəliyev bildirib ki, hələ də bəzi vətəndaşlar qaydalara riayət etmir və sui-istifadə hallarına yol verirlər.

Onun sözlərinə görə, bəzi vətəndaşlar sadəcə sistemin necə işlədiyini yoxlamaq üçün mesaj göndərirlər ki, bu da sistemin lüzumsuz yüklənməsinə və ehtiyacı olan vətəndaşlara mesajın vaxtında göndərilməməsinə səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






418 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR