Müğənnilər 3 dildə #Evdə qal" dedilər - VİDEO

06.04.2020 19:48

Trend Beynəlxalq İnformasiya Agentliyi və Azərbaycan ulduzları #Evdəqal kampaniyasına qoşularaq, buna xüsusi videolayihə həsr ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sənət adamları bir araya gəlib, fərqli formada "evdə qal" deyiblər.

Layihədə Azərbaycan estradasının ulduzları insanlara evdə qal çağırışnı musiqi ilə, fərqli şəkildə ediblər. Layihənin musiqi prodüseri olan Xalq artisti Tünzalə Ağayeva bu mahnının necə ərsəyə gəlməsindən danışıb.

Müğənni Xəyyam Nisanov onlara belə bir təklif gələn zaman çox sevindiyini bildirib. Və belə bir layihədə yer almaqdan məmnun olduğunu dilə gətirib.

İfası ilə mahnıya rəng qatan müğənnilərdən biri Zamiq Hüseynov da mahnının önəmindən bəhs edib. Müğənni bir daha xalqımıza səslənərək bu günlərdə özümüz və sevdiklərimiz üçün evdə qalmağa səsləyib.

Qeyd edək ki, dünəndən bütün sosial şəbəkələrdə yayılan mahnı insanlar arasında maraqla qarşılanıb və trendə çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR