Evdar Kişilər Klubundan nümunəvi aksiya - VİDEO

05.04.2020 20:32

Azərbaycanda tətbiq edilən xüsusi karantin günlərində "Facebook” sosial şəbəkəsində yaradılan Evdar Kişilər Klubunun xeyirsevər üzvləri tərəfindən nümunəvi aksiya başlanılıb. Qurup üzvləri pul toplayaraq ərzaq alır və ehtiyacı olan ailələrə çatdırırlar.

Xezerxeber.az-ın məlumatına görə, qrupun təsisçisi Vəfadər Babayev deyir ki, bu ideya ilk dəfə elə qrup üzvləri tərəfindən irəli sürülüb və ciddi dəstək görüb. Bundan sonra hesab açılıb və ianələr toplanıb. Çox keçməyib ki, 4 min manata yaxın pul yığılıb.

Yardıma ehtiyacı olan insanlar qrupa şəxsiyyət vəsiqəsinin şəklini, ailə üzvləri barədə məlumatı, telefon nömrəsi və ünvanını yazaraq göndərir. Bundan sonra alınan ərzaqlar könüllülər tərəfindən ünvanlara çatdırılır.

Qeyd edək ki, cəmi 2 həftə əvvəl yaradılan klubun artıq 25 minə yaxın üzvü var. Qrupun bütün üzvləri kişilərdən ibarətdir. Qrupda əsasən kişilərin evdə gördükləri işlər və digər faydalı məlumatlar paylaşılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






421 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR