Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR - VİDEO

05.04.2020 18:53

Sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Prezidentin sərəncamının icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb.

Xezerxeber.az-ın məlumatına görə, Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, əlillər və onlara bərabər tutulan şəxslər sosial həssas qrup hesab olunur. Yəni özü və ya valideyinləri hansısa əlillik qrupuna daxil olursa onların özləri, övladları və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər.

Kamran Əsədov deyib ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2- ci semestr təhsil haqqını ödəməyibsə onun qalan borcu ödəniləcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır. Hətta 2020-2021 - ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək.

Nöbəti həftədən etibarən həmin şəxslər müvafiq sənədləri təhsil aldıqları müəsissələrə təqdim edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






655 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR