Bölgələrdə xüsusi karantin rejiminə nəzarət artırılıb - VİDEO

05.04.2020 18:37

Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Şirvan şəhərində keçrilən tədbirdə polis şöbəsinin əməkdaşları Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə şəhər ərazisində yerləşən parkları, eləcə də məhəllələri gəzərək xüsusi karantin rejiminə əməl etməyən vətəndaşları aşkarlayıblar.

İcazəsi olmadan evdən çıxanlara protokol tərtib olunub və xəbərdarlıq edilib.

Ağdaş rayonunda da qaydaları pozanlara rast gəlinib.

Rayonda 26 nəfərə karantin rejimini pozduğuna görə cərimə tətbiq olunub.

Zaqatalada da polislər küçələrdə reydlər aparıb. İcazəsiz küçəyə çıxan həm piyadalar, həm də sürücülərə xəbərdarlıq edilib.

Xüsusi karantin rejimi ilə bağlı Naftalan şəhərinin ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanıb.

Kurort şəhərində küçələr, parklar tam boşdur. Şəhərin giriş-çıxışlarına qoyulan müvəqqəti postlarda da nəzarət gücləndirilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

© xezerxeber.az

FOTOQALERIYA






326 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR