Fermerlərin rayonlararası hərəkəti necə tənzimlənəcək? - AÇIQLAMA - VİDEO

05.04.2020 20:53

Karantin rejmi dövründə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin və texnikaların hərəkəti mümkün olacaq.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib. Təlimatda xüsusi karantin rejimində kənd təsərrüfatı sektorunda çalışan şəxslərin hərəkət qaydaları müəyyənləşdirilib. Fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Bəs fermerlərin kənd daxilində, rayon daxilində və rayonlararası hərəkəti necə tənzimlənəcək?

Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır.

Nazirlik rəsmisi bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi təlimatın qaydalarını pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb olunacaqlar.

Vüqar Hüseynov fermerləri xüsusi karantin rejiminin qaydalarına, təsərrüfat fəaliyyəti zamanı ara məsafəsinin saxlanmasına, qoruyucu maska və əlcəklərdən, dezinfeksiyaedici vasitələrdə istifadə şərtlərinə əməl etməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






289 dəfə oxunub

ÇOX OXUNANLAR