Koronavirusa yoluxma halları artır, fövqəladə vəziyyət elan oluna bilər - VİDEO

02.04.2020 20:32

Təkcə bu gün günorta saatlarına qədər Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb, onlardan 8-nin vəziyyəti ağır, 11-nin vəziyyəti isə orta ağırdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

Vurğulanıb ki, ''Covid-19'' virusuna 400 nəfərdən çox insan yolxub, sağalanların sayı isə cəmi 26-dır ki, bu da təhlükəli tendensiyadır.

Mətbuat konfransında o da vurğulanıb ki, koronaviruslu xəstələrin sayı sürətlə artacağı təqdirdə ölkəmizdəki xəstəxanalar müalicə üçün kifayət etməyəcək.

O da bildirilib ki, vətəndaşlar bütün qayda və tələblərə riayət etsələr iki həftədən sonra koronavirusla bağlı müsbət dönüş başlaya bilər.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə bildirib ki, hazırda yeni elektron sistem üzərində iş aparılır və sistem işə düşəndən sonra vətəndaşlar yalnız SMS-lə icazə almaqla küçəyə çıxa biləcək. Amma hazırda da küçəyə çıxan insanlar qaydalara ciddi əməl etməli, xüsusi ilə tibbi maskalardan istifadə olunmalıdır. Azərbaycanda tibbi maska qıtlığına gəlincə isə vurğulanıb ki, ötən gün ölkəmizə tibbi maska istehsalı üçün xammal gətirilib və yaxın müddətdə ilkin mərhələdə günlük 70-80 min, daha sonra isə 200 min maska istehsalına imkan verən müəssisə fəaliyyətə başlayacaq. Bu müddətdə isə xaricdən maska idxal ediləcək ki, bu da təlabatı böyük miqdarda qarşılamağa kifayət edəcək.

Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli isə son günlər marşrut avtobuslarında yaranan sıxlığa aydınlıq gəitirib və bildirib ki, hazırda ara məsafəsini təmin etmək üçün avtobuslara çox sayda sərnişin buraxılır. Belə olduqda isə xəttə 2-3 qat daha çox avtobus buraxmaq olmur. Bunun üçün də bəzi xətlərdə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Mətbuat konfransında o da vurğulanıb ki, özəl müəssisələr iş yerlərində növbəlilik prinsipinə əməl etməli və işçilər arasıda təması minuma endirməlidirlər. Əks halda sözügedən virusun aşkarlandığı şəxs və onunla təmasda olanlar karantinə alınacaq və müəssisənin fəaliyyəti tam olaraq dayandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






626 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR