Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dövlət büdcəsinə yenidən baxılacaq - VİDEO

01.04.2020 20:56

Koronavirus təhlükəsi və neft gəlirlərinin iki dəfəyədək aşagı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, neft gəlirlərinin önəmli dərəcədə aşağı düşməsi və koronavirusla mübarizədə həm vətəndaşlara, həm də sahibkarlara böyük həcmdə maliyyə dəstəyinin verilməsi dövlət büdcəsində bir sıra dəyişiklərə səbəb olacaq. Məqsəd büdcənin mövcud vəziyyətə uyğunlaşdırılmasıdır.

Vüqar Bayramov deyib ki, büdcədəki dəyişikliklər sosial proqramlara təsir etməyəcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. Bu məsələ ilə bağlı "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunlara dəyişiklik layihələri də parlamentin müzakirəsinə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

05.06.2020 09:44

Bu gün hava necə olacaq?

ÇOX OXUNANLAR