Məsuliyyəti dərk edək, evdə qalaq - VİDEO

31.03.2020 16:35

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə insanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edilib.

XəzərXəbər xəbər verir ki, sosial çarx Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti tərəfindən hazırlanıb.

Videoçarxda insanların sağlam qalmaları üçün infeksiyanın qarşısının alınması istiqamətində çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri əks olunub. Onları gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Bununla əlaqədar, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət aprelin 20-si saat 00:00-dək dayandırılıb.

 

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR