Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Evdən çölə çıxmayan bu qadınlar hər gün maska tikirlər - VİDEO

30.03.2020 20:43

Maska tapa bilməyən hər kəs özü də evdə maska hazırlaya bilər. "təmiz dünya" qadınlara yardım ictimai birliyi belə bir sosial aksiyaya başlayıb. Birliyin sığınacağında olan qadınlar gündəlik 40-50 maska tikirlər. Bu maskalar isə ehtiyacı olanlara pulsuz olaraq verilir.

Evdən çölə çıxmayan bu qadınlar hər günmaska tikirlər.

Görüntülər "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağındandır. Birliyin sədri Mehriban Zeynalova deyir ki, məqsəd hər kəsin özü üçün maska hazırlaya biləcəyi mesajını cəmiyyətə göstərməkdir.

Mehriban Zeynalova deyir ki, apteklərdən maska tapa bilməyən hər bir kəs özü üçün maska hazırlaya bilər. Sığınacaqda olan qadınlar parçaları sterilləşdirdikdən sonra əllərində əlcək və maskalarla, gigiyenik qaydalara əməl etməklə maska tikirlər. Həmin maskalar ehtiyacı olan hərkəsə pulsuz olaraq veirilir.

Sığınacaqda gün ərzində təxminən 50-yə yaxın maska tikilir.

© xezerxeber.az


199 dəfə oxunub

ÇOX OXUNANLAR