Operativ Qərargahın göstərişi yerlərdə icra edilir - VİDEO

28.03.2020 19:12

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən rayonlarda ərzaq mağazaları və apteklər istisna olmaqla, digər ticarət obyektləri bağlanır.

Xezerxeber.az-ın məlumatına görə, polis də küçəboyu bununla bağlı elan verir.

Məsələn, Şəki sakinləri bu cür ticarət obyektlərinin bağlanması nəticəsində insan sıxlığının azalacağını deyirlər.

İsmayıllıda da yalnız ərzaq mağazaları və apteklərin işləməsinə icazə verilib. Polis əməkdaşları digər ticarət obyektlərinin sahiblərini qərarla bağlı maarifləndiriblər.

Ticarət obyektlərinin sahibləri qərara uyğun olaraq onlayn satışa keçdiklərini bildiriblər.

Yaşlı insanlara xidmət üçün isə mobil qruplar yaradılıb.

Sakinlər də evdə qalmağın daha məqsədəuyğun olduğunu bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR