Keçilməyən dərslər teledərslərlə kompensasiya edilir - VİDEO

25.03.2020 19:47

Müəllimənin tapşırığını bu uşaqlar ən incə detalına kimi yerinə yetirirlər.

Allahverdiyev ailəsinin övları 3, 7, 9-cu sinif şagirdləridir. Bu uşaqlar hər gün teledərs layihəsinə baxaraq dəsrlərdən geri qalmamaq üçün bütün tapşırıqları edirlər.

Ailənin balacası Yusif Allahverdiyevin sözlərinə görə, evdə olduğu günlərdə dərslərindən xeyli geri qalıb. Amma layihə başladığı gündən dəsrləri ilə məşğul olur və irəliləyiş əldə edib.

Məryəmin sözlərinə görə isə, onlar tam olaraq teledərslərlə kifayətlənmirlər. Yeri gələndə sinif yoldaşları ilə birlikdə qrup şəklində video görüntü vasitəsi ilə teledərslərdə keçdiklərini birlikdə müzakirə edirlər.

Bu gənc qız isə evin böyüyü olmaqla yanaşı həm də evdə bacı və qardaşına müəllimlik də edir. Teledərslər vasitəsi ilə həm öz tapşırıqlarını edir, həm də bacı və qardaşının dərslərində yardımçı olur. Onun həmyaşıdlarına məsləhəti də var.

Uşaqlar həmçinin insanları öz sağlamlıqlarının qayğısına qalmaq üçün evdə qalmağa səsləyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR