Xezerxeber.az-ın məlumatına görə, əslində Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizə üçün bütün zəruri tədbirləri görür. Riskin yarandığı ilk gündən etibarən bu istiqamətdə atılan addımların sayəsində virusun yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alınıb. Bunu biz digər, hətta səhiyyəsi kifayət qədər inkişaf etmiş ölkələrlə müqayisədə daha aydın görürük. Mübarizə tədbirləri çərçivəsində ən müasir labaratoriyaların, tibbi avadanlıq və ləvazimatların ölkəyə gətirilməsi, mübarizə tədbirlərinə ilkin olaraq 10 milyon manat vəsaitin ayrılması kimi addımlar onu göstərir ki, Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı üçün nə lazımdırsa edir.
Amma o da aydın məsələdir ki, bu tip qlobal təhddlərin öhdəsindən gəlmək üçün ən əsas amil vətəndaş-dövlətbirliyidir. Bu isə özündə yalnız dövlətin qoyduğu qadağa və tövsiyələrə əməl etməyiifadə etmir.Prezidentin fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradlması bu həmrəylik üçün əslində bir çağırışdır. Fondun yaradılmasının ardından dövlət başçısının sərəncamı ilə fondun hesabınailkin olararq 20 milyon manat vəsait də ayrıldı. Yəni yenə ilk təşəbbüs dövlətdən gəldi. Nəzərə almaq lazımdır ki, Fondun vəsaiti tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə , müasirtexnoloji qurğuların, cihazların, avadanlığın alınması kimi vacib məsələlərə sərf olunacaq. Bu vəsait eyni zamanda koronovirus təhlükəsi ilə ən ön cəbhədə mübarizə aparan, hətta həyati riski belə gözə alaraq fədakarcasına çəlışan tibb işçilərinin mükafatlandırılmasına xərclənəcək. Başqa sözlə, bu vəsait Azərbaycan xalqının sağlamlığının qorunmasına sərf ediləcək.
Elə buna görə dəbu prosesdə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin iştirakı vacibdir. Çünki dövlət hər zaman sahibkarlara bütün növ dəstəyi verib, onların yanında olub. Bu tip ümumilli məsələlərdə isə özəl sektorun sosial məsuliyyət nümayiş etdirməsi, mübarizə tədbirlərinə öz töfhəsini verməsi, əslində vətəndaşlıq borcudur. Bu, həm də bir həmrəylik nümunəsidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: