Həkim: Koronavirus qorxulu xəstəlik deyil - VİDEO

28.02.2020 21:10

Bir çox ölkələrdə müşahidə edilən və qripin bir növü olan koronavirus, əslində çox da qorxulu xəstəlik deyil.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə tibb elmələri doktoru Hüseynağa Qurbanov deyib.

Hüseynağa Qurbanov hesab edir ki, bu xəstəlikdən qorxmaq lazım deyil.

Onun sözlərinə görə, bu virus xəstə ilə təmasda olan hər kəsə yoluxmur. Hətta immun sistemi güclü olanlar bu virusa yoluxduqlarını belə hiss etmirlər və bədən öz müqaviməti ilə xəstəliyə qalib gəlir. Xəstəlik aşkarlananların isə, ilk növbədə bədən müqaviməti gücləndirilir və bunun üçün ölkəmizdə bütün lazımi tədbirlər görülür.

Həkimin sözlərinə görə, dünya təcrübəsindən görünür ki, bu xəstəliyə yoluxan insanların sağalması mümkündür.

Virusdan qorunmaq üçün isə, ilk növbədə immuniteti artırmaq lazımdır ki, bunu da qidalarla etmək mümkündür. Xüsusilə vitamin C ilə zəngin qidaların qəbulu tövsiyə edilir. Həmçinin xəstəliyin genişlənməməsi üçün vətəndaşların özlərinin proflaktik tədbirləri görməsinə ehtiyac var.

Həkimin sözlərinə görə, peyvəndi tapıldıqdan sonra xəstəliyi qısa zamanda sonlandırmaq mümkün olacaq. Xəstəliklə mübarizə üçün isə ölkəmizdə bütün lazımi şərait təşkil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






482 dəfə oxunub

XƏBƏRLƏR

03.04.2020 14:21

Sabah da yağış yağacaq

ÇOX OXUNANLAR