Kirayə mənzillərə qeydiyyat başlayıb - VİDEO

28.02.2020 20:12

Kirayə mənzillərə qeydiyyat başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, "Elektron ipoteka və kredit zəmanət sistemi"nin kirayə mənzil modulu vətəndaşların istifadəsinə verilib. Artıq sistemdə elektron kabinetin yaradılması və müraciətin formalaşdırılması mümkündür.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanovanın sözlərinə görə, elektron kabinetin yaradılması və müraciətin edilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir. Növbəlilik əsasında da vətəndaşa sənədlərin qəbulu tarixi təyin olunur. Sənədlərin qəbulu 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək. Yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır. Kirayə veriləcək mənzillərin sayı da artırılaraq 530-a çatdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR