Koronavirus təhlükəsinə görə şadlıq sarayları da hərəkətə keçdi - VİDEO

28.02.2020 19:08

Koronavirus təhlükəsinə görə Bakıda fəaliyyət göstərən bəzi şadlıq sarayları qabaqlayıcı tədbirlər həyata keçirəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, insanların kütləvi şəkildə bir araya gəldikləri yerlərdən biri olan şadlıq evlərində qabaqlayıcı tədbirlərin görülməsində məqsəd bu virusun yayılmasının qarşısını almaqdır. Belə şadlıq saraylarından birinin inzibatçısı Asif Cəfərovun sözlərinə görə, sabahdan etibarən restoranın giriş-çıxışları, eləcə də zal dezinfeksiya olunacaq.

Digər bir şadlıq evinin inzibatçısı Ramin Bağırov da bildirib ki, sabahdan etibarən restoranın giriş qapılarında xüsusi kimyəvi maddələrlə dolu olan avadanlıqlar quraşdırılacaq.

Bununla yanaşı, şadlıq evləri tərəfindən toy sahiblərinə bu qaydalara əməl etmələri ilə bağlı məlumat veriləcək. Restoranın divar hissələrinə spirtdən istifadə ilə bağlı məlumatverici löhfələr də yapışdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR