Sərhəd-keçid məntəqlərinin yaxınlığında çadırlar qurulub - VİDEO

28.02.2020 20:34

Cənub bölgəsindəki sərhəd-keçid məntəqlərinin yaxınlığında çadırlar qurulub.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən Astarada səyyar hospital fəaliyyətə başlayıb.

Artıq 450 çarpayılıq 59 çadır qurulub.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin rəisi Kamal Əliyevin sözlərinə görə səyyar hospitalda 20 texnika , 100 nəfərlik şəxsi heyyət, o cümlədən 8 həkim və 8 tibb işçisi fəaliyyət göstərəcək.

Çadırlar rahat yatacaq dəstləri, bir neçə gün qalmaq üçün lazımi avadanlıqlarla təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Biləsuvarda da çadırlardan ibarət səyyar hospitalları yaradılıb. Gömrük- buraxılış terminalında quraşdırılan 100 çadırda eyni vaxtda 500 nəfər vətəndaş qəbul edilə biləcək. Əraziyə Mülkü Müdafiə Qoşunlarına aid həkim briqadası cəlb edilib.

Qeyd edək ki, çadırlarda istilik sistemi, işıq quraşdırılıb. Bura müraciət edənlər yeməklə təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






444 dəfə oxunub

XƏBƏRLƏR

03.04.2020 14:21

Sabah da yağış yağacaq

ÇOX OXUNANLAR