Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb - VİDEO

27.02.2020 19:50

Koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq.

Xezerxeber.az xəbər verir ki, bunu fevralın 27-də Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Hər hansı ölkədə koronavirus təhlükəsi ilə əlaqədar federasiyalarla birlikdə qərarların qəbul olunduğunu vurğulayan nazir bildirib ki, hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər: "Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra "Tokio-2020” Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR