Çay evinin sahibi güllələnib - VİDEO

26.02.2020 18:21

Sumqayıtda çay evinin sahibi güllələnərək öldürülüb, daha sonra izi itirmək məqsədi ilə meyti yarımçıq tikilidə basdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət bir neçə gün əvvəl Sumqayıt şəhərində baş verib.

Ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin 50 yaşlı sakini Eldar Cabbarov Bakıda polis tərəfindən tutulub. Saxlanılan şəxs istintaq tədbirləri aparılması üçün Sumqayıt prokurorluğuna təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, Eldar Cabbarov həmin qəsəbənin ''Şirvan'' yaşayış massivində yaşayan çay evinin sahibi 43 yaşlı Zaur Mircəfərovun qətlində iştirak edib. O da məlum olub ki, Zaur Mircəfərov fevralın 21-də itkin düşüb. Həmin vaxt onun Abşeron rayonunun Masazır qəsəbəsində ''Qurtuluş - 93'' yaşayış massivində olması məlum olub. Burada onunla Eldar Cabbarov arasında münaqişə yaranıb. Elə hər şey də bundan sonra olub.

Kriminalistlər zərərçəkmişin meyitini təqsirləndirilən şəxsin göstərdiyi yerdə taparaq çıxarıblar. Polisdən verilən məlumata görə, bu il yanvarın 21-də Eldar Cabbarovun hədə-qorxu ilə pul tələb etdiyi üçün axtarışa verildiyi məlum olub. Bundan əlavə o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilib. Zaur Mircəfərovun qətli ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Qətlin motivi müəyyənləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


461 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR