"Polad Yol Yapı" şirkəti işçilərini əlavə məcburi əməyə cəlb edir - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

26.02.2020 19:36

Tovuzda yol tikintisi işi ilə məşğul olan şirkətin bir qrup işçisi əməklərinin istismar olduğundan şikayətçidirlər.

İşçilər iş qrafikindən artıq məcburi əməyə cəlb edildiklərini iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət "Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti"nin ("Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.") yol tikintisi işi ilə məşğul olan nümayəndəliyindən gedir.

Şirkətin Tovuz rayon ərazisindəki düşərgələrindən birində dəmir toxumaqla məşğul olan bir qrup işçi onların 8 saatdan çox əməyə cəlb edildiyini və artıq işlədikləri saatlar üçün əlavə vəsait almadıqlarını bildirirlər.

Şirkətin Azərbaycan filialının hüquqşünası Mətləb Abbasov "Xəzər Xəbər"ə açıqlamasında isə bildirib ki, hər bir işçi ilə fərdi qaydada əmək müqaviləsi bağlanılıb və orada işləyəcəyi iş qrafiki Əmək Məcəlləsinin tələbləri çərçivəsində qeyd edilib.

Əmək Məcəlləsində isə göstərilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif maaşının ikiqat məbləğindən aşağı olmamaqla pul ödənilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






393 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR