Göyə dron qaldıran serfer dəhşətə gəldi: akulaların mühasirəsində üzürmüş – VİDEO

26.02.2020 16:10

Serfinq üçün Nyu-Smirne çimərliyinə (ABŞ-ın Florida ştatı) gələn Ceremi Conston xəbəri olmadan ciddi təhlükə ilə üzləşib.

"Mirror” xəbər verir ki, serfinq zamanı Ceremi suda bir neçə üzgəc görüb.

Bundan narahat olan serfer sahilə qayıtmağı qərara alıb.

Quruya çıxdıqdan sonra C.Conston göyə dron qaldırıb.

Dronun çəkdiyi görüntü onu şoka salıb.

Məlum olub ki, serfer xəbəri olmadan çoxlu sayda ac akulanın arasında üzürmüş./oxu.az

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR