Azərbaycan-Türkiyə əlaqələri genişlənir - VİDEO

25.02.2020 21:08

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.


Xezerxeber.az-ın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. 

Görüşdən sonra İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. 

Sonra İlham Əliyev və  Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. 

Fevralın 25-də Prezident İlham Əliyev tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR