Bu avtobuslarda pulsuz Wi Fi var - VİDEO

25.02.2020 18:35

Sumqayıt şəhərindən Ceyranbatan qəsəbəsinə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi Fi xidmətinə qoşulub.

Xezerxeber.az-ın məlumatına görə, pulsuz Wi Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq.

Bu yenilik sərnişinlərin ürəyincədir.

Qeyd edək ki, avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR