YAP İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi açılıb - VİDEO

25.02.2020 19:31

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub.

Xezerxeber.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı tarix boyu faciələrlə üzləşib. 28 il əvvəl baş verən Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı 20-ci əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. 

Əli Əhmədov bu qətliamı törədənlərin hələ də cəzalarını almadıqlarını bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamına lazımi qiymət verməyiblər.

Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov bildirib ki, Xocalı faciəsinin qarşısını almaq olardı, ancaq o zamankı hökumət kömək göndərilməsi ilə bağlı əhalini əmin etsə də, bu dəstəyin olmaması sonda dəhşətli hadisələrə gətirib çıxardı.

Daha sonra Xocalı sakini olan Azərbaycan Dillər Universitetinin tələbəsi çıxış edib və bu faciənin dünyada tanıdılması üçün gənclərin əllərindən gələni etməli olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR