Azərbaycan-İran sərhədindən keçən insanların sayı kəskin azalıb - VİDEO

24.02.2020 19:39

İranda koronavirusun yayılması ilə əlaqədar Azərbaycan-İran sərhədində yerləşən Astara və Biləsuvar rayonlarındakı gömrük-sərhəd buraxılış məntəqələrində profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə ərazidə qurulmuş stasionar aparatlarla yük nəqliyyat vasitələri dezinfeksiya edilir.

Xezerxeber.az-ın məlumatına görə, sərnişin xəttində Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Hər bir sərnişin tam tibbi müayinədən keçirilir və xəstəlik halları aşkar edildikdə onlar dərhal stasionar müalicəyə göndərilir.

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayev qeyd edib ki, sərhədin tam bağlanması üçün heç bir əsas yoxdur. Hazırda həm İrandan gələn insanlar, həm də Azərbaycan vətəndaşlarının keçidi təmin olunur.

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq dünəndən Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsi də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan, Azərbaycan tərəfdən isə yalnız İran vətəndaşlarının keçidinə icazə verilir.

Bundan başqa, Naxçıvana gedən vətəndaşlar koronavirus təhlükəsi ilə bağlı məlumatlandırıldıqdan sonra onların keçidinə icazə verilir. Hazırda İran və Azərbaycan tərəfdən ağır tonajlı yük maşınlarının hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb.

Qeyd edək ki, əvvəllər gün ərzində Azərbaycan-İran sərhədindən 8000-ə yaxın insan keçirdisə, indi bu sayda 70% azalma var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR