"Azərbaycan dünyaya tolerantlıq nümunəsidir" - VİDEO

23.02.2020 20:15

Dünyanın çox yerində dini zəmində münaqişələr baş verdiyi halda, Azərbaycanda bütün dinlər sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Katolik dünyasının rəhbərininAzərbaycan haqqında dediyi bu sözlər əslində ölkənin həyata keçirdiyi siyasəti və dünyaya ixrac etdiyi dəyərlərin nədən ibarət olduğunu bir daha gündəmə gətirir. Ekspertlər Birinci Vitse-Prezident Mehriban ƏliyevanınPapa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsinin təsadüfi olmadığını bilidirirlər.

Tolerantlıq və multikulturaliz Azərbaycanda sözdə yox, real həyat tərzində yaşanan və yaşadılan bir dəyərdir. Bütün dünyaya bəlli olan bu gerçək Prezident İlham Əliyevvə birinci xanım Mehriban Əliyevanın İtaliyaya səfəri zamanı bir daha öz təsdiqdini tapdı.

Təsadüfi deyil ki, katolik kilsəsinin rəhbəri olan papa Fransisk də dövlət başçısı və birinci xanım ilə görüşündə Azərbaycanın sabitlik və tolerantlıq adası olmasına diqqət çəkdi.

Politoloq Aydın Mirzəzadəhesab edir ki,papa Fransiskinin Azərbaycanın əsl tolerantlıq nümunəsi olmasını vurğulaması təsadüfü deyil.

Ancaq Azərbaycan təkcə tolerantlıq və multikulturalizm siyasətini öz ölkəsində yaşatmır. Həm də bu yüksək bəşəri dəyəri bütün dünyaya ixrac edir. Heydər Əliyev Fondunun Vatikanda müqəddəs məbədlərin bərpasını maliyyələşdirməsi və dini dəyərlərə töhfə verməsi bunun ən ali nümunəsidir.Məhz bu diqqətəlayiq addımların nəticəsidir ki, Katolik Kilsəsinin rəhbəri öz çıxışında qeyd etdi ki, onlar heç zaman Heydər Əliyev Fondunun Vatikandakı nümunəvi işlərini unutmayacaqlar...

Ermənistanda müsəlman dünyasına aid məscidlər, abidələr dağıdıldığı halda Azərbaycanın kilsələrin fəaliyyətini dəstəkləməsi və Müqəddəs Taxt-Tacın dövlət katibi tərəfindən birinci xanım Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi , müsəlman bir ölkənin qərbdə, xristian dünyasında yüksək səviyyədə qəbul olunması idi..

Heydər Əliyev Fondunun Vatikanda icra etdiyi bərpa işləri ilə bağlı layihələr hazırda davam etdirilir. Azərbaycan sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən xristian ölkəsində Bakınınmüqəddəs abidələrə verdiyi dəyər elə bu ölkənin yürütdüyü siyasətin də sərhədlərinin nə qədər geniş olduğunu bir daha təsdiqləyir.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR