Paşinyanın ikiüzlülüyü bir daha sübut olundu - VİDEO

22.02.2020 19:30

Ermənistan rəhbərliyinin sözü ilə əməlinin üst-üstə düşmədiyini növbəti dəfə şahidi olmaq üçün çox gözləmək lazım gəlmədi. Belə ki bu ölkənin baş naziriNikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Qondarma rejimin rəhbəri Bako Saakyanla iclas keçirərək müzakirələr aparıb. Bununla da əslində münaqişənin həllində ölkəsinin destruktiv mövqedə olduğunu növbəti dəfəf sübut edib.

Daha 1 həftə əvvəl Münhen Təhlükəsizlik Konfransında sülh mesajları verən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sözüylə əməlinin üst-üstə düşmədiyini göstərdi. Münhen Konfransında özünün inqilabi sülh təşəbbüslərinin olduğunu və buna görə də sələflərindən fərqləndiyini göstərməyə çalışan paşinyan ölkəsinə qayıtdıqdan sonra işğal altında kı dağlıq qarabağa səfər edib.

görünür paşinyanMünhendə prezident İlham Əliyevlə depatda düşdüyü çətin vəziyyəti bununla kompensasiya etməyə çalışıb. Çünki depatdakı diletant davranışları və məntiqsiz və yalan bəyantları ilə gülünc vəziyyətə dü

şən paşinyan beynəlxalq aləmdə olduğu kimi elə ölkəsində də ciddi tənqidlərlə üzləşib. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibolunmaz faktlar vəməntiqi arqumentlər qarşısında sadəcə manipulyasitya edən Paşinyan bu uğursuzluğunu ənənvi üsulda kompensasiya edərək daxili auditoriyanı sakitləşdirməyə çalışır.

Paşinyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qondarma rejimin rəhbəri Bako Saakyanla Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclasında iştirak edib. İclasda beynəlxalq siyasi proseslər, Silahlı Qüvvələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Əslində Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının iclasının birgə təşkili özü beynəlxalq hüququ normalarının heçə sayılması ilə bərabər Ermənistanın işğalçı siyasətinin etirafıdır.

Qeyd edək ki, Ermənistanda 2018-ci ilin martında baş vermiş hakimiyyət dəyişikliyindən sonra artıq üçüncü dəfədir ki, Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilir. bu fakt da bir daha göstərir ki, ermənistan rəhbərinin boğazdan yuxarı sülh bəyanatları yalnız beynəlxalq aləm üçün nəzərdə tutulub.

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR