11-ci sinif şagirdi eyni məktəbdə oxuduğu oğlanı bıçaqladı - VİDEO

22.02.2020 19:06

Tovuzda 11-ci sinif şagirdi eyni məktəbdə oxuduğu oğlanı bıçaqlayıb. Məktəb yoldaşları və valideynlərin sözlərinə görə, şagird dərs vaxtı bıçaqlanıb. Bıçaqlanan məktəbli əməliyyat edilib, vəziyyəti orta-ağırdır.

11-ci sinif şagirdi eyni məktəbdə oxuduğu oğlanı bıçaqlayıb.

Hadisə Tovuzun Dönük Qırıqlı kənd tam orta məktəbində baş verib. Məktəbin 11-ci sinif şagirdi Kamil Həsənli 10-cu sinif şagirdi Rəvan Qarayevi bıçaqlayıb. Bel nahiyəsindən xəsarət alan məktəbli dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Qazax Müalicə Diaqnostika Mərkəzinəaparılıb. Məktəb yoldaşları və valideynlərin sözlərinə görə, şagird dərs vaxtı bıçaqlanıb.

Məktəbin direktoru isə bildirib ki, hadisə baş verən gün həmin məktəblilər dərsə gəlməyiblər.

Rəvan Qarayev hazırda Gəncədəki xəstəxanalardan birindədir. Əməliyyat edilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


366 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR