Sürücülərə və sərnişinlərə ŞAD XƏBƏR: Bakı-Sumqayıt yolu bu tarixdə istifadəyə veriləcək - VİDEO

21.02.2020 19:42

''Bakı-Rusiya sərhədi avtomobil yoluna altenrativ olaraq çəkilən yeni yolun 100 km lik hissəsi bu il istifadəyə veriləcək''. Avtomobil yolları dövlət agentliyinin sədri Saleh Məmmədov bu il ərzində qurum tərəfindən görüləcək əsas işləri də açıqlayıb.

''Azərbaycanda və MDB məkanında ilk pullu yol olacaq Bakı-Rusiya Federasiyası sərhəddinə alternativ yolun bir hissəsi bu il istifadəyə veriləcək''. Bunu yol işçilərinin peşə bayramı çərçivəsində çıxış edən Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Qurum rəhbəri yeni yol isitfadəyə verildikdən sonra köhnə beton yolunda əsaslı təmir ediləcəyini bildirib. Agentliyin sədri eyni zaman bu ilin sonuna qədər Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin və 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolununçəkilib başa çatdırılacağını bildirib. O,ölkə əhəmiyyətli yollarda görüləcək işlərdən də danışıb.

Saleh Məmmədov çıxışında Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin də bu ilin may ayının sonuna kimi başa çatdırılacağını,Avtovağzalın yaxınlığından Şərifzadə küçəsi istiqamətində çəkiləcək yeni tunelin layihəsinin hazırlandığını və aidiyyatı dövlət qurumları razılaşdırma mərhələsində olduğunu bildirib.

© xezerxeber.az


353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR