Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir - VİDEO

21.02.2020 19:24

"Bakı Metropoliteni"ndə koronavirusa qarşı qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə qatarlar, stansiyalar dezinfeksiya edilib.

"Bakı Metropoliteni" qapalı səhmdar cəmiyyətində Çində yayılan koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanılıb.

Dezinfeksiya zamanı istifadə olunan dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm üçün də təyinatlıdır.

Dezinfeksiya ilə yanaşı xüsusi labarotirayalar vasitəsilə yoxlamalar da həyata keçirilir.

Qabaqlayıcı tədbirlər qatarlarla yanaşı stansiyalarda müntəzəm olaraq reallaşdırılır.

Qida məhsullarının potensial mikrob mənbəyiinin olması nəzərə alınaraq vətəndaşlardan metropolitan ərazisinə hər hansı tullantını atmamaları və heçbir kənar cismə toxunmamaları tövsiyyə edilir.

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR