Yağış yox, sel yox, amma həyətləri su basıb - VİDEO

19.02.2020 18:42

Saatlı rayonu Minbaşlı kəndində bir neçə ailə illərdir həyətlərinə qurunt sularınının yığılmasından əziyyət çəkirlər. Onlar bildirir ki, yaxınlıqdan keçən kanal təmizlənmədiyindən su onların həyətinə dolur.

Yağış yox, sel yox, amma həyətləri su basıb.

Görüntülər Saatlı rayonu Minbaşılı kəndindəki evlərin həyətlərindəndir. Kənd sakinləri qeyd edir ki, onalar illərdir bu problemlə mübarizə aparırlar. Xüsusi ilə payız-qış aylarında həyətlərə yığlan su acınacaqlı olur.

Sakinlər bildirir ki, suyun həyətyanı sahələrə yığılmasına səbəbkəndin içindən keçən su kanalınınqazılıb təmizlənməməisidr. Həyətə yığlan suyun səviyyəsi o qədər artıb ki, artıq evdən bayıra çıxmaq da olmur.

Məsələ ilə bağlı Ərazi Üzrə İcra Nümayəndəliyinin müdürü Nəsir Qədirov bildirib ki, sakinlərin üzləşdiyi problemdən məlumatlıdırlar. Artıq həmin kanala suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. Su quruduqdan sonra kanalda təmizlənmə işləri aparılaraq problem həll olunacaq.

Qeyd edək ki, kanalın sahilində təxminən 6 evin həyətiillərdir bu vəziyətdədir.

© xezerxeber.az


352 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR