Narkotik alverçiləri özlərinə yeni satış platforması tapıblar - VİDEO

19.02.2020 19:35

Narkotik alverçiləri özlərinə yeni satış platforması tapıblar. İndi onlar "instagram"dan istifadə etməklə bu pis niyyətlərini həyata keçirirlər. Bunun üçün bu sosial şəbəkədə xüsusi səhifələr açılır, qiymətlər yerləşdirilir və açıq satış təşkil olunur.

Narkotik vasitələr və psixotrop maddələr açıq şəkildə sosial şəbəkədə satışa çıxarılır. Üstəlik, bu səhifənin kifayət qədər izləyicisi də var.

İnstaqram sosial şəbəkəsində yaradılan xüsusi səhifədə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr satılır. Səhifədə narkotik vasitələrin qiymətlərinə qədər yerləşdirilib.

Paylaşılan bu elanda satışda yerli istehsal ''metamfetamin-şüşə'' adlı maddənin olduğu qeyd edilib. Halbuki bu maddə narkotik tərkiblidir.

Narkotik vasitələrin "İnstaqram" sosial şəbəkəsi vasitəsilə satışını həyata keçirən şəxslər ödənişi kart hesablarına qəbul edirlər, sonra isə narkotik maddələri yaxın bir məsafəyə ataraq oradan uzaqlaşacaqları ilə bağlı məlumat verirlər.

Bəs sosial şəbəkələrdə bu cür əməlləri törədən şəxsləri hansı cəza gözləyir? Hüquqşünaslar deyirlər ki, Cinayət Məcəlləsinin 234.2 maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri saxlayan, yaxud qanunsuz olaraq satan şəxslər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Əgər bu qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilərsə, o cümlədən külli miqdarda olarsa, onda 5-12 il arası azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR