Xalq şairi Nəriman Həsənzadənin 89 yaşı tamam olur - VİDEO

18.02.2020 20:16

Onun yazdığı misralar sevgilərə şahidlik edib, ayrılıqlara yol yoldaşı olub. Ağstafanın Poylu kəndindən süzülüb, sözün dupduru sehrindən bizə boylanıb illərdir. Misrasından, yazdığı bircə bəndindən tanınır, çünki onun sözündə olan həlimlik heç bir şairdə yoxdu. Sözə sığal çəkib, layla deyir. Xalq şairi Nəriman Həsənzadənin 89 yaşı tamam olur.

Onun uşaqlığında saçına qabarlı əlləriylə ipək tumarı çəkən anası var...Şair deyir ki, mənim anam Günəşdən əvvəl oyanırdı..Mən hər səhər qalxanda ulduzu göydə, anamı da təndirin başında görürdüm.

Onun misralarıyla ailələr qurulub, şeirləri sevgililərə göndərilib.Belə cütlüyün biri də deyəsən bizim kanalın bəxtinə düşüb.

Gələn il 90 illik yubileyinizdə görüşmək ümidilə yeni yaşınız mübarək olsun!

© xezerxeber.az


246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR